ABŞ Tayvana əsgər göndərir



 17:25 24.02.2023     317

100-200 arası ABŞ əsgərinin Tayvan ordusuna təlim keçmək üçün adaya gedəcəyi açıqlanıb.

Demedia.az xəbər verir ki, bu barədə “Wall Street Journal” adını açıqlamayan rəsmilərə istinadən xəbər verib. Bildirilir ki, amerikalı hərbçilər Tayvan ordusuna Çinin mümkün hücumuna qarşı təlimlər keçəcək. “Wall Street Journal” yazır ki, bu, ABŞ-ın Tayvanda hərbçilərinin sayının 4 dəfə artması anlamına gəlir.

Pentaqonun Müdafiə İnsan Gücü Məlumat Mərkəzinin məlumatına görə, 2022-ci ilin payızına qədər Tayvanda 23 Amerika əsgəri var idi. Amerikalı hərbçilər Tayvanda ABŞ-ın Taypeyə göndərdiyi silah və texnikaların məsləhətçiləri və təlimatçıları kimi təqdim edilir.

Bahadur Seyidov