Misir və Ukrayna prezidentləri arasında telefon danışığı oldu



 17:42 24.02.2023     338

Misir prezidenti Əbdülfəttah əs-Sisi və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Demedia.az xəbər verir ki, bu barədə Misirin Prezident ofisindən açıqlama verilib. Bildirilir ki, dövlət rəhbərləri Ukraynadakı son hadisələri və qlobal ərzaq təhlükəsizliyi böhranını müzakirə ediblər. Problemlərin həllində diplomatiyaya üstünlük verilməsinin vacibliyini qeyd edən Sisi bildirib ki, Rusiya-Ukrayna böhranının siyasi həllini sürətləndirən üçün bütün səyləri dəstəkləyəcək.

Başda Afrika olmaqla dünyanın bir çox xalqının ərzaq böhranından əziyyət çəkdiyini qeyd edən dövlət rəhbərləri, taxıl ixracı müqaviləsinin uzadılması istiqamətində davam edən səyləri müzakirə ediblər.

Bahadur Seyidov