Çinin Rusiyaya silah vermək planı var - Ağ Ev



 17:03 24.02.2023     325

Çinin Rusiyaya silah yardımı etdiyini müşahidə etməmişik. Lakin Çin tərəfinin bu variantı masadadır”.

Demedia.az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jan-Pierre belə açıqlama verib. Çinin Ukrayna müharibəsi üçün Rusiyaya silah verə biləcəyi barədə iddialara münasibət bildirən sözçü bildirib ki, hələlik belə hal müşahidə edilməsə də, Çinin bununla bağlı planı masadadır. Ağ Evin sözçüsü qeyd edib ki, Çin Rusiyaya silah verərsə, Pekinə cavab veriləcək.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi Çinə Rusiyaya silah verməmək barədə xəbərdarlıq edib. Çin Rusiyaya silah verəcəyi təqdirdə sanksiyalarla hədələnib.

Bahadur Seyidov