Çin döyüş təyyarələrini və gəmilərini Tayvan ətrafına göndərdi



 16:01 24.02.2023     303

Tayvan ətrafında Çinə məxsus 37 hərbi təyyarə və 6 döyüş gəmisi müşahidə edilib.

Demedia.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, adanın ətrafında aşkarlanan 37 hərbi təyyarə və 6 döyüş gəmisinin fəaliyyəti patrul təyyarələri, gəmilər və yer raket sistemləri ilə izlənilib. Tayvan mənbələri yazır ki, Çinin bu həmləsinin ABŞ müdafiə nazirinin Çin üzrə köməkçisinin müavini Maykl Çeyz və Nümayəndələr Palatasının bəzi yüksək vəzifəli rəsmilərinin adaya səfər etməsi barədə xəbərlərin yayılmasında sonraya təsadüf etməsi diqqət çəkir.

Qeyd edək ki, ABŞ rəsmilərinin Tayvana səfəri nə Pentaqon, nə də Tayvan tərəfindən təsdiqlənib.

Bahadur Seyidov