Tısbağa yumurtaları hər kəsi təəccübləndirdi: "Daha əvvəl belə görməmişdim"



 23:09 24.02.2023     1131

İsveçrədə görənləri heyrətə gətirən hadisə baş verib. Nəhəng Qalapaqos tısbağası yumurtasından çıxanlar heyrətə gəldi. Görün necə doğulub

Demedia.az xəbər verir ki, İsveçrənin Servion qəsəbəsindəki Tropikvarium zooparkında qeyri-adi bir heyvanın doğulduğu açıqlanıb.

İlk dəfə görülən albinos nəhəngi Qalapaqos tısbağası mayın 1-də yumurtadan çıxıb. Bir ovuca sığacaq qədər balaca olan balası dünən ictimaiyyət qarşısına çıxıb.

Albinizm, dəridə və gözlərdə rəng piqmentinin az və ya tamamilə olmadığı bir genetik xəstəlikdir. Bu heyvanların görmə və eşitmə itkisindən əziyyət çəkməsi də adi haldır. Bu albinos tısbağası indiyədək müşahidə olunmayıb.

200 ilə qədər yaşaya bilən nəhəng Qalapaqos tısbağalarının nəsli kəsilmək təhlükəsi var. Bu heyvanlar 19-cu əsrdə Britaniya təbiətşünası Çarlz Darvinin biomüxtəlifliyi ilə bağlı görkəmli tədqiqatları ilə məşhurlaşan Sakit Okeandakı Qalapaqos adalarında yaşayır.

Bölgədə təxminən 23.000 tısbağanın yaşadığı təxmin edilir. Təbiətdə albinos tısbağasının ömrünün çox qısa ola biləcəyini vurğulayan zoopark rəsmiləri 50 qramlıq balanın uzun illər yaşayacağına ümid edir.

Aysun / Demedia.az