“Biz Ümumdünya İnsan Hüquqları Bəyannaməsini dirçəltməliyik” - Quterreş



 15:42 27.02.2023     295

“Biz Ümumdünya İnsan Hüquqları Bəyannaməsini dirçəltməliyik”.

Demedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş belə deyib. O bildirib ki, bu günün və sabahın yeni çağırışları ilə üzləşmək üçün Ümumdünya İnsan Hüquqları Bəyannaməsi canlandırmalı və onun tam icrası təmin edilməlidir. Quterreş bəyan edib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi yaşamaq, azadlıq və təhlükəsizlik, qanun qarşısında bərabərlik, ifadə azadlığı, sığınacaq istəmə, sağlamlıq, təhsil və s. kimi insan hüquqlarını tənzimləyir.

Rusiyanın Ukraynaya hücumlarının bu gün yaşanan ən böyük insan haqları pozuntuları olduğu bildirən Quterreş,  bunun çoxlu ölüm, dağıntı və köçkünlərə səbəb olduğuna diqqət çəkib.

Bahadur Seyidov