Öhdəliklər yerinə yetirilməsə Türkiyə İsveçin NATO üzvlüyünə razılıq verməyəcək



 16:14 27.02.2023     324

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən danışıb.

Demedia.az xəbər verir ki, o bildirib ki, bu ölkələrin NATO üzvlüyü ilə bağlı öhdəliklər var. Çavuşoğlunun sözlərinə görə, bu öhdəliklər yerinə yetirilməsə Türkiyə İsveçin NATO üzvlüyünə razılıq verməyəcək. Diplomatın sözlərinə görə, Türkiyə üçlü memorandumun şərtlərinin həyata keçirilib-keçirilmədiyini diqqətdə saxlayacaq.

“2 görüş oldu. Quranı yandırılması aksiyasından sonra 3-cü görüş təxirə salındı. Üçüncü görüşün Brüsseldə keçirilməsi faydalı olardı” - Çavuşoğlu deyib.

Bahadur Seyidov