Macarıstan Türkiyəyə dəstəyini davam etdirir



 16:59 27.02.2023     329

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto Kahramanmaraşda baş verən zəlzələlərin ölkəsini dərindən sarsıtdığını və bundan sonra da Türkiyəyə yardımları davam etdirməyə hazır olduqlarını bildirib.

Demedia.az xəbər verir ki, nazir bu barədə türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında danışıb. O bildirib ki, fəlakətdən sonra Macarıstan yardımı 24 saatdan az müddətdə Türkiyəyə çatdırıb. Macarıstanın Türkiyəyə 167 axtarış-xilasetmə personalı və 28 it göndərdiyini bildirən Szijjarto bu komandanın 35 nəfərin həyatını xilas etdiyini qeyd edib.

Szijjarto hərbi helikopterlə Türkiyəyə 10 ton tibbi və humanitar yardım göndərildiyini və yardımları davam etdiriləcəyini qeyd edib.

Bahadur Seyidov