Mexikoda etiraz aksiyaları keçirildi



 17:15 27.02.2023     322

Meksikanın paytaxtı Mexikoda etiraz aksiyaları keçirilib.

Demedia.az xəbər verir ki, nümayişçilər Prezident Andres Manuel Lopez Obradorun Milli Seçki Şurasında islahatlar aparmaq planına etiraz ediblər. Məlumata görə, nümayişlərdə 500 mindən çox insanın iştirak etdiyi açıqlanıb. Hökumət mənbələri isə nümayişçilərin sayının 90 min nəfər olduğunu bildirib. Qeyd edək ki, Meksika Konqresi Obradorun "səmərəsiz" olmaqda günahlandırdığı Milli Seçki Şurasında islahatlar aparılmasını təsdiqləyib.

Prezident Andres Manuel Lopez Obrador dəyişikliklərin Meksikada demokratiyanı zəiflədəcəyi ilə bağlı iddiaları rədd edir.

Bahadur Seyidov