Rusiya Çinin təklif etdiyi sülh planına dəstək verdi



 17:29 27.02.2023     320

Rusiya-Ukrayna müharibəsinin həlli üçün Çinin təklif etdiyi sülh planına Moskvadan dəstək gəlib.

Demedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, təkliflər yaxşı təhlil edilməlidir.  Onun sözlərinə görə, məsələnin sülh yolu ilə həllinə töhfə verəcək planların hazırlanmasına yönəlik hər cür cəhd diqqət çəkir və Rusiya çinli dostlarının planını da böyük diqqətlə nəzərdən keçirir. Peskov jurnalistlərə açıqlamasında Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi 10-cu sanksiyalar paketini dəyərləndirib.

Sanksiya siyahısında əsir mübadiləsi ilə məşğul olan Rusiya İnsan Haqları Müvəkkili Tatyana Moskalkovanın da yer aldığını qeyd edən Peskov bildirib ki,s anksiya siyahısını yaratmaq üçün sanksiya məsələsinə heç bir aidiyyati olmayan şəxsləri də daxil edilir.

Bahadur Seyidov