Xorvatiya Ukraynaya helikopter göndərmək üçün hazırlıqlara başladı



 15:21 27.02.2023     313

Avropa İttifaqı ölkəsi Xorvatiya Ukraynaya 14 helikopter göndərmək üçün hazırlıqlara başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Xorvatiyanın nüfuzlu qəzeti “Jutarnji List” məlumat yayıb. Bildirilir ki, Xorvatiya Silahlı Qüvvələrinə aid 14 helikopterin Ukraynaya daşınması üçün hazırlıqlar başlayıb. Anqarlarında lazımi texniki baxışdan keçən helikopterlər 10 gün ərzində hazır olacaq. Helikopterlər əvvəlcə Polşaya, sonra isə Ukraynaya çatdırılacaq.

Xorvatiya hökuməti isə bu məsələ barədə məlumat verməyib. Lakin bundan əvvəl Xorvatiya hökuməti Ukraynaya helikopter göndəriləcəyini açıqlamışdı.

Bahadur Seyidov