Perudan Türkiyəyə 9,5 ton humanitar yardım göndərildi



 16:35 27.02.2023     293

Peruda Kahramanmaraşda baş verən zəlzələrlə bağlı toplanan humanitar yardım Türkiyəyə göndərilib.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin Limadakı səfirliyi açıqlama verib. Səfirliyin açıqlamasına görə, Türkiyə ilə Peru arasında 12 min kilometrdən çox məsafə olmasına baxmayaraq, Peruda Türkiyə üçün təşkil edilən kampaniyaya böyük maraq göstərilib. Məlumata görə, Peruda toplanan 9,5 tonluq yardımlar arasında qızdırıcı, qış paltarları və 3958 ədəd ədyal var.

Səfirlik toplanan yardımın Türkiyəyə göndərilməsində rol oynayan Peru rəhbərliyinə təşəkkür edib.

Bahadur Seyidov