Avropa İttifaqı Suriyaya humanitar yardım göndərdi



 17:45 27.02.2023     317

Avropa İttifaqı Türkiyədə baş verən zəlzələrdən zərər çəkən Suriyaya humanitar yardım göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Avropa Birliyi Komissiyasından açıqlama verilib. Məlumata görə, suriyalılara humanitar yardım daşıyan iki təyyarə paytaxt Dəməşqə enib. Suriyaya çatdırılan humanitar yardımlar arasında qış şəraitinə uyğun çadırlar, sığınacaq üçün istifadə olunan materiallar və qızdırıcılar var. Məlumata görə, Avropa Birliyinin Suriyaya göndərəcəyi humanitar yardımın ümumi həcmi 420 tona çatacaq.

Bundan əlavə, qeyd edilib ki, Bəşər Əsəd rejimi Suriyada Mülki Müdafiə Mexanizmini aktivləşdirəndən sonra 15 Avropa ölkəsi suriyalılar üçün çadır, çarpayı, ədyal, qızdırıcı, gigiyena materialları, generatorlar, qida, tibbi ləvazimat kimi yardımlar təklif edib. Bildirilib ki, Avropa İttifaqının Suriyaya yardımı qurumun Beyrutdakı komandası tərəfindən koordinasiya edilib.

Bahadur Seyidov