COVID-19-un sirri illər sonra açıldı!



 19:29 27.02.2023     551

Təxminən 3 il əvvəl ortaya çıxan və dünyaya qorxulu yuxu yaşadan Covid-19-un süni, yoxsa təbii virus olması o günlərdə çox müzakirə olunurdu. Nəhayət, ABŞ mətbuatında yer alan və ABŞ Energetika Nazirliyinin hazırladığı hesabatda məsələyə son qoyuldu.

Demedia.az xəbər verir ki, 2019-cu ildə Wuhanda ortaya çıxan və qısa zamanda bütün dünyanı təsir altına alan Covid-19 virusu nəticəsində milyonlarla insan həyatını itirdi. Türkiyədə ümumilikdə 17 milyon insan virusa yoluxduğu halda, 101 min nəfər dünyasını dəyişib. Bu rəqəm dünya üzrə 675 milyon xəstə və 6,87 milyon ölüm olaraq qeydə alınıb.

ABŞ mətbuatı aylardır virusun təbii və ya süni olmasından bəhs edərkən, mövzu ilə bağlı diqqəti çəkən başlıq etdi. Wall Street Journal (WSJ) ABŞ Energetika Nazirliyinin koronavirusun mənşəyi ilə bağlı dəqiq qərarını verdiyini yazıb. WSJ Sözügedən xəbərdə WSJ aşağıdakı ifadədən istifadə etdi:

"Nazirlik deyir ki, Kovid-19 çox güman ki, laboratoriya sızmasıdır".

Xəbərin davamında prezident Co Bayden və kabinet üzvlərinin də son inkişafla bağlı məlumatlandırıldığı bildirilib. Nazirliyin virusun Wuhandakı bir laboratoriyada ortaya çıxması ilə bağlı açıqlaması, keçmişdə ortaya çıxan FTB hesabatı və keçmiş ABŞ prezidenti Donald Trampın oxşar sözlərini yada salıb.
Xəbərin davamında Çin hökumətinin təxminən 6 ildir gizli əməliyyat zonalarında Covid-19 da daxil olmaqla bioloji və genetik silahlarla bağlı araşdırmalar apardığı iddia edilib.

Digər tərəfdən, 2020-ci ildə Honq Konq Universitetinin virusoloqu Dr. Li-Meng Yan Fox News-a açıqlamalar verib. Virusun laboratoriya sızması olduğunu bildirən Yan, əlində mühüm dəlillər olduğunu söylədi.

Aysun / Demedia.az