Çinli xilasediclərə çörək-pendir təklif etmişdi! - İlk dəfə danışdı



 22:38 27.02.2023     582

Malatyada axtarış-xilasetmə işlərində iştirak edən Çin komandasına otlu pendir təklif edən Van Edremit Bələdiyyəsinin axtarış-xilasetmə qrupu ilk dəfə o anları danışıb.

Demedia.az xəbər verir ki, Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə iki zəlzələ "əsrin fəlakəti" olaraq xarakterizə edilib. Başda Kahramanmaraş olmaqla 11 vilayətdə baş verən zəlzələlər böyük dağıntılara və insan tələfatına səbəb olub. Bir çox ölkə zəlzələ bölgələrinə axtarış-xilasetmə qrupları göndərib və bu ölkələrdən biri də Çin olub. Çin və Türkiyə axtarış-xilasetmə qruplarının həmrəylik görüntüləri daşındı.

Malatyada fəaliyyət göstərən Çin Mavi Göy Axtarış-Xilasetmə (Mavi Göy Xilasetmə) qrupu fasilə zamanı səhər yeməyində Edremit Bələdiyyəsi Axtarış və Xilasetmə Qrupları (EDAK) ilə görüşüb. Fasilə zamanı EDAK qrupları çinli zabitlərə otlu pendir təqdim ediblər. Sosial şəbəkədə paylaşılan bu görüntü qısa müddətdə çoxlu bəyənmə toplayıb. Bu gün Malatyadakı vəzifəsindən qayıdan EDAK qrupları həmin gün baş verənləri danışıb.

Mövzu ilə bağlı danışan EDAK personalı Fatih Karael Çindən gələn axtarış-xilasetmə qrupları ilə birlikdə çalışdıqlarını bildirib. Təxminən 25 saat işlədikdən sonra dincəldiklərini və Çindən gələn axtarış-xilasetmə qruplarına otlu pendir təklif etdiklərini ifadə edən Karael, “Çinlilər səhər yeməyi üçün pizza aldılar. Dedim ki, səhər pizza yemək olar, Vanda otlu pendir olsa yaxşı olardı. AFAD əməkdaşları da Vandan çıxarkən bir çanta təndir çörəyi və otlu pendir gətiriblər. Bu arada çinli dostuma təklif etdim. Çox gözəl an idi. Axtarış-xilasetmə işlərinin 7-ci günündə baş verən bu hadisə məni güldürdü”.

Çinli axtarış-xilasetmə personalının otlu pendirdən sonra təxminən 6 stəkan çay içdiyini izah edən Karael, çinlilərin otlu pendiri xoşladığını bildirib.

Aysun / Demedia.az