Məktəbdə DƏHŞƏT: Qız 5 dostunu bıçaqladı



 23:49 27.02.2023     614

Türkiyənin Ədirnə bölgəsində orta məktəbdə oxuyan G.F. adlı tələbə qız mübahisə etdiyi 5 dostunu bıçaqlayıb.

Demedia.az xəbər verir ki, Karaağaç orta məktəbində 7-ci sinif şagirdi G.F mübahisə etdiyi 5 dostunu bıçaqla yaralayıb.

Xəbərdarlıqla gələn sağlamlıq qrupları yaralı uşaqları Trakya Universiteti Tibb Fakültəsi Xəstəxanasına və Sultan 1-ci Murat Dövlət Xəstəxanasına aparıb.

Müalicə olunan yaralıların səhhətinin yaxşı olduğu bildirilib. G.F. uşaq şöbəsinə aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysun / Demedia.az