İran hava hücumundan müdafiə təliminə başladı



 12:14 28.02.2023     303

İran genişmiqyaslı hava hücumundan müdafiə təliminə başladığını elan edib.

Demedia.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası xəbər yayıb. Bildirilir ki, təlimlərdə ordu və İnqilab Keşikçiləri Korpusunun hava hücumundan müdafiə bölmələri iştirak edir. Təlim haqqında məlumat verən briqada generalı Kadir Rəhimzadə deyib:

"Xüsusi təyinatlı birgə hava hücumundan müdafiə təliminin əməliyyat mərhələsi ölkənin şimal-qərbində, qərbində və mərkəzində hava məkanında həyata keçiriləcək. Təlimin son mərhələsi ölkənin hava məkanının təxminən üçdə iki hissəsində, yəni 1 milyon kvadrat kilometrdən çox ərazidə həyata keçirilməlidir”.

Bahadur Seyidov