Nümayəndələr Palatası Türkiyə və Suriyadakı zəlzələ ilə bağlı qətnamə layihəsi qəbul etdi



 12:48 28.02.2023     313

ABŞ Konqresinin Nümayəndələr Palatası Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə qətnamə layihəsi qəbul edib.

Demedia.az xəbər verir ki, qətnamə layihəsində həmçinin Suriyada Birləşmiş Millətlər Təşkilatının yardımının zəlzələdən zərər çəkənlərə çatmasına mane olan Əsəd rejiminin qərarları qınanılıb.

Cənubi Karolina ştatının nümayəndəsi, respublikaçı siyasətçi Co Vilson səsvermə öncəsi çıxışında Türkiyə və Suriyada zəlzələlər nəticəsində çox sayda insanın həyatını itirməsinə və evsiz qalmasına diqqət çəkib. Türkiyə və Suriya xalqına başsağlığı verən Vilson, NATO üzvü Türkiyənin hər zaman dəstəklənməsinin vacibliyini qeyd edib.

Bahadur Seyidov