Fikrimiz diqqətə alınmayana qədər Rusiya START müqaviləsində olmayacaq - Peskov



 14:15 28.02.2023     306

“Vaşinqton Moskvanın fikrini diqqətə almayana qədər Rusiya START müqaviləsində olmayacaq”.

Demedia.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Ukraynanı silahlandıran NATO indi Rusiyaya qarşı rəqib kimi deyil, düşmən kimi çıxış edir. Kreml sözçüsü Çinin Ukrayna ilə bağlı təqdim etdiyi sülh planına da toxunub.

“Çinin nə dediyi diqqətə alınmalıdır. Nüanslar vacibdir” - Peskov deyib.

 Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin START müqaviləsini dayandırdığını açıqlayıb. Bu müqavilə strateji hücum silahlarının azaldılmasını və məhdudlaşdırılması nəzərdə tutur.

Bahadur Seyidov