Rusiyanın hücumlarını dayandırmaq üçün müasir döyüş təyyarələrə ehtiyac var - Zelenski



 14:52 28.02.2023     328

“Rusiyanın hücumlarını dayandırmaq üçün Ukraynanın müasir döyüş təyyarələrə ehtiyacı var”.

Demedia.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. Zelenski videomüraciətində bildirib ki, Rusiya ordusu hücumlara davam edir. Rusiya qüvvələri Ukraynanın müxtəlif ərazilərinə pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Zelenski 14 PUA-dan 11-nin məhv edildiyini ifadə edib.

Hava, raket və PUA hücumları ilə mübarizənin effektiv şəkildə davam etdiyini bildirən Zelenski, müasir döyüş təyyarələrinin Ukrayna hava məkanına tam nəzarət etmək üçün vacib olduğunu deyib.

Bahadur Seyidov