Filippin prezidentindən Cənubi Çin dənizi ilə bağlı çağırış



 16:15 28.02.2023     331

Filippin prezidenti Ferdinand Markos ordunu Cənubi Çin dənizinə diqqəti artırmağa çağırıb.

Demedia.az xəbər verir ki, o, ABŞ və Çin rəqabətinə görə regionda gərginliyin artdığına diqqət çəkib. Markos bildirib ki, hazırda Cənubi Çin dənizində əvvəlki kimi sakitlik yoxdur. Markos Hava Qüvvələrinin üzərinə öhdəlik düşdüyünü ifadə edib. Markos qeyd edib ki, ordu bölgənin təhlükəsizliyini təmin etmək üçün hazır olmalıdır.

“Mübahisəli Cənubi Çin dənizində ABŞ və Çin arasındakı rəqabət bölgədəki gərginliyi artırıb. İllərdir bölgədə təhlükəsizliyi təmin edə bilmişik. Qonşularımızla da bu anlaşmanı davam etdirmişik. İndi bəzi şeylər dəyişib və biz də buna uyğun mövqe tutmalıyıq” - Markos qeyd edib.

Bahadur Seyidov