Fransa Afrikadakı hərbi bazalarının sayını azaldacaq



 17:25 28.02.2023     310

Fransa prezidenti Emmanuel Makron ölkəsinin yeni Afrika strategiyasını açıqlayıb.

Demedia.az xəbər verir ki, o bildirib ki, Fransa Afrikadakı hərbi bazalarının sayını azaldacaq. Makron 1-5 mart tarixlərində 4 Afrika ölkəsinə rəsmi səfərləri öncəsi Yelisey sarayında keçirdiyi mətbuat konfransında bildirib ki, Afrikanın mədəni sərvətlərinin qitəyə qaytarılması ilə bağlı qanun önümüzdəki həftələrdə mədəniyyət naziri tərəfindən parlamentə təqdim ediləcək.

Qeyd edək ki, Burkina-Fasodakı hərbi hökumət Fransa ilə hərbi əməkdaşlığı dayandırdıqlarını elan etdikdən sonra Paris 2009-cu ildən bu ölkədə yerləşən bütün əsgərlərini geri çəkməli olub.

Bahadur Seyidov