Ukrayna problemi danışıqlar masası arxasında həll oluna bilər - Peskov



 16:42 28.02.2023     299

“Ukraynadan danışıqlarla bağlı heç bir siqnal yoxdur”.

Demedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Ukrayna problemi danışıqlar masası arxasında həll edilə bilər. Onun sözlərinə görə, indiyə qədər heç kim Ukraynadan danışıqlara başlamaq barədə bir siqnal görməyib:

"Bəzi faktlar var. Deməli, Rusiyanın yeni ərazisi var. Rusiyanın əsla imtina etməyəcəyi konstitusiya var. Bunları nəzərdən qaçırmaq olmaz. Rusiya Federasiyasının xüsusi hərbi əməliyyat zamanı əldə etdiyi müəyyən məqsədləri var. Əlbəttə ki,  əlverişli vəziyyəti və Ukrayna rejiminin müvafiq münasibətini nəzərə alaraq, bu problem də danışıqlar masası arxasında həll oluna bilər. Lakin bu halda qarşıya qoyduğumuz məqsədlərə nail olmaq bizim prioritetimizdir".

Bahadur Seyidov