Akaba görüşü gərginliyi azaltmaq üçün başlanğıc nöqtəsidir - Ağ Ev



 17:42 28.02.2023     297

“İsrail və Fələstin rəsmilərinin bir araya gəldiyi Akaba görüşü tərəflər arasında gərginliyi azaltmaq üçün mühüm başlanğıc nöqtəsidir”.

Demedia.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi belə deyib. O Fələstin rəhbərliyi ilə İsrail hökumətinin bir araya gəldiyi görüşdən danışarkən illərdir tərəflər arasında görüşün olmamasına diqqət çəkib. Kirbi deyib ki, Akaba bəyannaməsi İsrail və Fələstin tərəflərinin şiddəti azaltmaq və qarşısını almaq üçün üzərinə götürdükləri öhdəliklərini ehtiva edir. Tərəflər əvvəlki razılaşmalara sadiqliklərini, ədalətli və qarşılıqlı sülh üçün çalışdıqlarını təsdiqləyiblər.

Qeyd edək ki, İordaniyada baş tutan görüşdə ABŞ, Misir və İordaniya rəsmiləri də iştirak edib.

Bahadur Seyidov