Toyda gəlin öldü! - Qayınata kürəkənini baldızı ilə evləndirdi



 21:34 28.02.2023     4679

Hindistanda toyda olan gəlin infarktdan dünyasını dəyişib.

Demedia.az xəbər verir ki, gənc qadının ölümündən sonra baş verənlər hər kəsin marağına səbəb olub.

Tez-tez baş verən qəribə hadisələrlə gündəmə gələn Hindistandan daha bir maraqlı hadisə yaşanıb. Sözügedən inkişaf ölkədə hiddət yaratsa da, dünya mətbuatı hadisəni oxucularına təqdim edib. Hindistanın Qucarat əyalətinin Nari kəndində gənc cütlük birliklərini tamamlamaq üçün evlənmək qərarına gəliblər. Uzun hazırlıqlardan sonra toy günü gəlib çatsa da, cütlük burada gözlənilməz hadisə ilə üzləşib.

Adi toy mərasimi kabusa çevrildi. Mərasim zamanı yerə yıxılan gəlin təcili olaraq xəstəxanaya çatdırılıb. Burada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirən gənc qadının infarkt keçirdiyi səlahiyyətlilər tərəfindən açıqlanıb. Gənc qadının ölümündən sonra atası bəyə maraqlı təklif edib.

Mərasimi pozmaq istəmədiyini deyən ata gəncə digər qızı ilə evlənməsini deyib. Hindi Latest-də çıxan xəbərdə bəyin bu təklifi qəbul etdiyi və ölən qadının cəsədinin toy bitənə qədər morqda saxlandığı bildirilib.

Ötən ay analoji hadisədə toy zamanı tərk edilən qadın başqa kişi ilə ailə həyatı qurmuşdu. Hər şeyin planlaşdırıldığı halda gəlin onunla evlənmək istəməyən sevgilisinin və ərinin pulunu götürüb bir gecə qaçıb. Sözügedən oğurluqda kişinin 150.000 rupisi oğurlanıb ki, bu da Hindistanda qeyri-adi rəqəm hesab edilən 1500 avro civarındadır.

Aysun / Demedia.az