ABŞ Serbiya-Kosovo dialoqunu dəstəkləyir
ABŞ Dövlət Departamenti Kosovo və Serbiya liderlərinin görüşünü alqışlayır və iki ölkə arasında münasibətlərin normallaşmasına tərəfdardır.
Demedia.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays yazılı açıqlama verib.
“ABŞ liderlərin Avropa İttifaqının vasitəçiliyi ilə apardığı danışıqları alqışlayır və münasibətlərinin normallaşması prosesini güclü şəkildə dəstəkləyir. Tərəflər arasında görüş irəliyə doğru atılmış yaxşı addım idi, lakin hələ görüləsi çox iş var” - Ned Prays bildirib.
Qeyd edək ki, Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurti Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin vasitəçiliyi ilə danışıqlar aparıblar.
Bahadur Seyidov