2022-ci ildə Yaponiyada yeni doğulanların sayında rekord azalma müşahidə edildi



 15:48 01.03.2023     326

2022-ci ildə Yaponiyada yeni doğulanların sayında rekord azalma müşahidə edilib.

Demedia.az xəbər verir ki, Yaponiyada ilk dəfə olaraq yeni doğulanların sayı 800 mindən aşağı düşüb.

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatına görə, 2022-ci ilin yanvar-dekabr aylarında yeni doğulan körpələrin sayı ötən ilə nisbətən yüzdə 5,1 faiz azalaraq 799 min 728-ə düşüb. Bu göstərici, doğum məlumatları 1899-cu ildə rəsmi olaraq arxivləşdirilməyə başlanandan bəri ən aşağı göstəricidir. Bildirilir Yaponiyada yeni doğulanların illik sayının aşağı düşəcəyi hələ illər əvvəl proqnozlaşdırılmışdı.  Qeyd edək ki, 2021-ci ildə yeni doğulanların sayı 2020-ci ilə nisbətən 29 min 231 nəfər azalaraq 811 min 604-ə düşmüşdü.

Bahadur Seyidov