Sudan Türkiyə ilə bir çox sahədə daha çox əməkdaşlıq etmək istəyir - Nazir



 14:45 01.03.2023     289

Sudanın xarici işlər naziri Əli Sadik ölkəsinin Türkiyə ilə bir çox sahədə daha çox əməkdaşlıq etmək istədiyini bildirib.

Demedia.az xəbər verir ki, Nazir Sadik, paytaxt Xartumdakı ofisində Türkiyənin Xartumdakı səfiri İsmayıl Çobanoğlunu, Türkiyə Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının prezidenti Məsud Özcanı və Afrika Vəqfi Qəyyumlar Şurasının sədri Mehmet Köseni qəbul edib. Sudan və Türkiyə arasındakı əlaqələrdən danışan Sadik bildirib ki, Sudan Türkiyə ilə hər sahədə, xüsusilə də araşdırma, təhsil və bacarıqların artırılması sahəsində daha çox əməkdaşlıq arzulayır.

Səfir Çobanoğlu da Sudanın Afrika ilə əlaqələrə və strateji mövqeyinə görə Türkiyə üçün əhəmiyyətli olduğunu bildirib.

Bahadur Seyidov