Antonio Quterres 6 ildən sonra ilk dəfə İraqa səfər etdi



 16:14 01.03.2023     315

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres 6 ildən sonra ilk dəfə İraqa səfər edib.

Demedia.az xəbər verir ki, Quterreş paytaxt Bağdadda İraqın xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb. Görüşdən sonra Qutteres və Hüseyn qısa açıqlama verib. "İraqa səfər etməkdən xoşbəxtəm” deyən Quterreş əminliklə bildirib ki, iraqlılar bütün siyasi və təhlükəsizlik problemlərinin öhdəsindən gələcək.Qutteres həmçinin İraq hökumətinə iraqlıların ölkəyə qayıtmasını təmin etmək üçün göstərdiyi səylərə görə minnətdarlığını ifadə edib.

İraqın xarici işlər naziri Hüseyn, BMT-nin baş katibi Quterreşin İraqa səfərindən məmnunluğunu ifadə edərək, "BMT ilə əlaqələrimiz güclüdür. BMT baş katibi ilə regional və beynəlxalq, eləcə də daxili məsələləri müzakirə etmək imkanımız olacaq" deyə bildirib.

Bahadur Seyidov