Putin Rusiyanın START müqaviləsindəki iştirakını dayandıran qanunu imzaladı



 14:18 01.03.2023     296

Rusiya prezidenti Vladimir Putin ölkəsinin START müqaviləsindəki iştirakını dayandıran qanunu imzalayıb.

Demedia.az xəbər verir ki, Putinin imzaladığı qanuna əsasən Rusiya ilə ABŞ arasında Yeni START müqaviləsi dayandırılıb. Qanuna görə, ölkənin müqaviləyə yenidən qoşulması barədə qərarı Rusiya prezidenti qəbul edə bilər.

Qeyd edək ki, ABŞ-ın Sovet İttifaqı ilə 1991-ci ildə və Rusiya Federasiyası ilə 1993-cü ildə imzaladığı Strateji Silahların Azaldılması Müqavilələrinin (START 1 və START 2) davamı olan “Yeni START” sazişi iki ölkə arasında qüvvədə olan son nüvə sazişi idi. Müqavilə qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədini daşıyır.

Bahadur Seyidov