Polşa Rusiyadan neft idxalını dayandırır



 15:24 01.03.2023     311

Polşa Rusiyadan neft idxalını dayandıracaq.

Demedia.az xəbər verir ki, Polşanın baş naziri Mateusz Moraviecki belə açıqlama verib. Onun sözlərinə görə, Polşa fevral və ya mart ayında Rusiyadan xam neft idxalını dayandıracaq. Polşanın PAP xəbər agentliyinin məlumatına görə, Varşava administrasiyası Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar idxalı dayandırmağı prioritet vəzifə hesab edir. Hökumətin iclasından sonra PAP-a danışan Moraviecki, Rusiyadan neft idxalının 2016-cı ildən bəri azaldığını və ilin əvvəlində 10 faizə endirildiyini bildirib.

Qeyd edək ki, Polşanın ən böyük neft-qaz şirkəti “PKN Orlen” fevralın 25-də Rusiyanın “Drujba” boru kəmərindən Polşaya neft nəqlini dayandırdığını elan edib.

Bahadur Seyidov