ABŞ Somaliya 61 ton silah və sursat göndərdi



 16:52 01.03.2023     301

ABŞ Somaliya 61 ton silah və sursat göndərib.

Demedia.az xəbər verir ki bu barədə ABŞ-ın rəsmi dairələri yazılı açıqlama verib. Bildirilib ki, ABŞ “Əş-Şəbab” terror təşkilatı ilə mübarizədə istifadə edilmək üçün Somaliyə silah göndərib. Açıqlamada 61 ton silah və sursatın Somalinin paytaxtı Moqadişuya çatdığı qeyd edilib. Digər tərəfdən Türkiyə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və ABŞ birgə bəyanat verərək, terrorla mübarizə aparan Somali hökumətinə dəstəklərini bir daha bəyan ediblər.

Somali ordusu “Əş-Şəbab” terror qruplaşmasına qarşı apardığı əməliyyatlarda əhəmiyyətli irəliləyiş əldə edərək bir çox yaşayış məntəqəsinə nəzarəti bərpa edib.

Bahadur Seyidov