Tiktokla bağlı Çindən ABŞ-a etiraz
Çin ABŞ administrasiyasının tiktoka qoyduğu qadağanı “dövlət səlahiyyətlərindən sui-istifadə” kimi qiymətləndirib.
Demedia.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib. O bəyan edib ki, ABŞ hökuməti milli təhlükəsizlik konsepsiyasını həddən artıq qəlizləşdirib və digər ölkələrin şirkətlərini sıxışdırmaq üçün dövlət səlahiyyətlərindən sui-istifadə edir.
Qeyd edək ki, Ağ Ev, Çinin texnologiya şirkətinə məxsus tiktok proqramını federal mülkiyyəti olan cihazlardan silinməsini tələb edib. İddialara görə, tiktok milli təhlükəsizliyə təhlükə təşkil edə bilər.
Bahadur Seyidov