Fransa ukraynalı pilotlara təlimlər keçə bilər



 15:01 02.03.2023     354

Fransa Kiyev hakimiyyəti ilə ukraynalı pilotlara təlimlərin keçirilməsi ilə bağlı danışıqlara başladığını açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastien Lekornu Senatda belə açıqlama verib.  Senator Filip Folliot, nazir Lekornuya "Hazırda satışda 12 "Mirage 2000C" döyüş təyyarəsinin olduğu deyilir. Siz onları Ukraynaya çatdırmağı və ya ukraynalı pilotlara təlim keçməyi planlaşdırırsınız?" deyə sual edib. Ardınca senator Joelle Garriaud-Maylam, "Mənə verilən məlumatı dəqiqləşdirmək istəyirəm.

Hərbi Hava Qüvvələrimizin Varşavada ukraynalı pilotlara təlim keçməyə hazır olduğu doğrudurmu?" sualını verib. Lekornu cavabında bildirib ki, Paris və Kiyev ukraynalı pilotların hazırlanması üçün danışıqlara başlayıb.Ukraynaya döyüş təyyarələrinin verilib-verilməyəcəyi ilə bağlı açıqlama verməkdən çəkinən fransalı nazir bu ölkənin təcili olaraq raketlərə ehtiyacı olduğunu bildirib.

Bahadur Seyidov