Ordu Şimali Koreyanın artan təhdidlərinə qarşı hazır olmalıdır - Baş Qərargah rəisi



 15:22 02.03.2023     319

Cənubi Koreyanın Baş Qərargah rəisi general Kim Seung-kyum bildirib ki, ordu Şimali Koreyanın artan təhdidlərinə qarşı hazır olmalıdır.

Demedia.az xəbər verir ki, Yonhap agentliyinin xəbərinə görə, Kim döyüş təyyarələrinin qatıldığı ABŞ və Cənubi Koreya əsgərlərinin birgə təlimlərini izləyib. Kim ABŞ-la əməliyyat əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

General Kim qeyd edib ki, qoşunlar Şimali Koreyanın artan təhdidləri qarşısında düşmənin kritik obyektlərinə səhvsiz hücum etmək qabiliyyətində olmalıdır.

Bahadur Seyidov