İranda 400 şagird zəhərləndi



 15:42 02.03.2023     312

İranın müxtəlif şəhərlərində məktəblərdə təxminən 3 aydır müşahidə edilən kütləvi zəhərlənmə halları ilə bağlı araşdırmalar davam edərkən, Ərdəbil vilayətində 400-dən çox şagirdin zəhərləndiyi bildirilir.

Demedia.az xəbər verir ki, bu barədə İran mənbələri məlumat yayıb. Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Əli Muhammediyan ötən gün əyalətdə 11 məktəbdə 400-dən çox qız şagirdin  zəhərləndiyini bildirib. Muhammediyan 302 şagirdin bir neçə saat ərzində ilk müalicəsindən sonra evə buraxıldığını, 100 şagirdin isə müşahidə altında saxlanıldığını bildirib.

Şagirdlərin vəziyyətinin yaxşı olduğunu qeyd edən Muhammediyan lazımi müdaxilələrlə yanaşı müayinələrin də aparıldığını və ətraflı məlumatın daha sonra ictimaiyyətlə paylaşılacağını əlavə edib.

Bahadur Seyidov