"Freddi” qasırğası nəticəsində azı 14 nəfər ölüb



 16:23 02.03.2023     309

Afrikanın cənub-şərq sahillərini təsiri altına alan “Freddi” qasırğası nəticəsində azı 14 nəfər ölüb.

Demedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) hazırladığı hesabata görə, leysan yağışları müşahidə edilən qasırğa Madaqaskarda 7, Mozambikdə isə 7 nəfərin ölümünə səbəb olub. Madaqaskarda təxminən 226 min, Mozambikdə isə 163 min insan qasırğadan zərər çəkib. Yağışlar nəticəsində hər iki ölkədə bir çox yaşayış məntəqələri su altında qalıb.

BMT bəyan edib ki, qasırğa gözlənildiyi qədər şiddətli olmasa da, yüz minlərlə insan zərər çəkib. Qasırğa ilə əlaqədar Mozambik, Madaqaskar və Zimbabvedə fövqəladə tədbirlər görülüb.

Bahadur Seyidov