Vo Van Thuong Vyetnamın yeni prezidenti seçildi



 17:21 02.03.2023     354

Vyetnam Milli Assambleyası 52 yaşlı Vo Van Thuongu Vyetnamın yeni prezidenti seçib.

Demedia.az xəbər verir ki, bununla bağlı Vyetnam Milli Assambleyası növbədənkənar iclas keçirib. Parlamentdə keçirilən səsvermədə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin namizədi Vo Van Thuong ölkənin yeni prezidenti seçilib. İclasda çıxış edən Thuong Vyetnam Sosialist Respublikasına,  xalqına və Konstitusiyasına tam sadiq qalacağına söz verib.

Thuong, həmçinin Vyetnamda qərar qəbul edən ən yüksək qurum kimi tanınan 16 üzvlü Siyasi Büronun ən gənci nümayəndəsidir. 52 yaşlı Thuong ölkənin cənubundakı Vinh Long bölgəsində anadan olub və fəlsəfə üzrə magistr dərəcəsinə malikdir.

Bahadur Seyidov