Çin Tayvan ətrafına qoşun yığdı



 17:00 02.03.2023     318

Tayvan ətrafında Çinə məxsus 29 hərbi təyyarə və 4 döyüş gəmisi müşahidə edilib.

Demedia.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, 29 təyyarədən 21-i Tayvanın “Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonası” kimi elan etdiyi əraziyə daxil olub. Adanın ətrafında 4 döyüş gəmisi də qeydə alınıb. Adanın ətrafında müşahidə edilən təyyarə və gəmilərin hərəkətləri patrul təyyarələri, gəmilər və yerüstü raket sistemləri tərəfindən izlənilib.

Çinin bu həmləsinin ABŞ dövlət katibi Entoni Blinkenin “Tayvan Çinin daxili məsələsi deyil, oradakı münaqişə bütün dünyaya təsir edəcək” deməsindən sonraya təsadüf etməsi diqqət çəkib.

Bahadur Seyidov