BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır - ABŞ



 16:41 02.03.2023     329

“BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalı və daha çox daimi üzvlər əlavə edilməlidir”.

Demedia.az xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild belə açıqlama verib. Nümayəndələr Palatasının Təhsisatlar Komitəsinin təşkil etdiyi sessiyada sualları cavablandıran Qrinfild ABŞ-ın BMT-də apardığı işlər barədə məlumat verib. O bildirib ki, ABŞ-ın iştirakı olmadan Çin və Rusiya kimi ölkələr avtoritar yanaşmaları ilə BMT-ni və dünyanı formalaşdırmağa çalışırlar.

“Biz buna icazə vermirik. BMT Baş Assambleyasında Rusiyanın Ukraynadan dərhal çəkilməsini tələb edən qətnamə səs çoxluğu ilə qəbul edildi. Rusiyanı dünya səhnəsində təcrid etdik. Rusiya zəif və tək qaldı" -  Qrinfild deyib.

Bahadur Seyidov