Emmanuel Makron Qabona səfər etdi



 17:42 02.03.2023     352

Fransa prezidenti Emmanuel Makron Afrika turnesi çərçivəsində Qabona səfər edib.

Demedia.az xəbər verir ki, Makronu paytaxt Librevil hava limanında Qabon prezidenti Əli Bonqo Ondimba qarşılayıb. Markon bir sıra tədbirlərə qatılıb.

Qeyd edək ki, Makron Qabondan sonra Anqola, Konqo Respublikası və Konqo Demokratik Respublikasına səfər edəcək. O səfərdən əvvəl verdiyi açıqlamada ölkəsinin yeni Afrika siyasətini açıqlayıb. Afrika ölkələri ilə yeni səhifə açmaq istədiklərini bildirən Makron, afrikalılara məxsus mədəni sərvətlərin geri qaytarılması üçün işlərə başladıqlarını bildirib. Makron əlavə edib ki, Fransa qitədəki hərbi bazalarının sayını azaldacaq.

Bahadur Seyidov