Artıq bir ayağım Hatayda! - Aleyna Tilki



 23:49 02.03.2023     1302

Kahramanmaraşda baş verən 7,7 və 7,6 ballıq dağıdıcı zəlzələlərdən sonra fəlakət bölgəsinə gedən və uşaqlarla vaxt keçirən Aleyna Tilki "Tez-tez Hatay'a gedirəm, gəlirəm" deyib.

Demedia.az xəbər verir ki, zəlzələdən zərərçəkənlər üçün oyuncaq toplayan Aleyna Tilki reper Sefo ilə Hataya gedib. 22 yaşlı ifaçı təbii fəlakət bölgəsində uşaqlarla oyunlar oynayıb, onlara mənəvi ruh verib.

Ötən gün Zorlu AVM-də nümayiş olunan Tilki, “İndi bir ayağım Hatayda var. Tez-tez gəlib gedirəm. Oradakı uşaqlarla çox gözəl və xüsusi bir bağ qurdum. Bütün uşaqlar üçün bu çətin anlarda onların yanında olmaq, onlarla yaxşı vaxt keçirmək yaxşıdır”.

Aysun / Demedia.az