ABŞ-la Yeni START Müqaviləsini müzakirə edirik - Sergey Ryabkov



 14:27 03.03.2023     294

“Rusiya və ABŞ qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmağı nəzərdə tutan Strateji Silahların Azaldılmasına dair Yeni Müqaviləni (START) müzakirə edir”.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O bildirib ki, danışıqlar gizli kanallar vasitəsilə aparılır. ABŞ ilə müxtəlif məsələləri müzakirə etməyə hazır olduqlarını bildirən Ryabkov bildirib ki, İsveçrənin Cenevrə şəhərində keçiriləcək konfrans çərçivəsində ABŞ nümayəndələri ilə görüş mümkündür.

"Təsdiq edə bilərəm ki, biz son günlər bağlı kanallar üzərindən Yeni START Müqaviləsini müzakirə edirik. Bu, danılmaz faktdır. Bu danışıqların davamı ola bilər" - Ryabkov deyib.

Bahadur Seyidov