Macarıstan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyir



 14:45 03.03.2023     284

Macarıstan hökuməti İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyir.

Demedia.az xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər və Xarici Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Peter Sztaray açıqlama verib. Macarıstan Milli Assambleyasında İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı keçirilən sessiyada çıxış edən Peter Sztaray bildirib ki, hər iki ölkə 1995-ci ildən NATO ilə sıx tərəfdaşdır.

Onun sözlərinə görə, iki ölkənin NATO-ya üzvlüyü Macarıstanın xarici və təhlükəsizlik siyasətinə töhfə verəcək. İsveç və Finlandiyanın tez-tez Macarıstanı əsassız yerə tənqid etdiyini deyən Sztaray, hökumətin danışıqlar aparmaq üçün İsveç və Finlandiyaya nümayəndə heyəti göndərməsi qərarını dəstəklədiyini bildirib.

Bahadur Seyidov