Səudiyyə Ərəbistanında 5 milyona yaxın narkotik həb ələ keçirildi



 15:14 03.03.2023     288

Səudiyyə Ərəbistanında 5 milyona yaxın narkotik həb ələ keçirilib.

Demedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi sosial media hesabında açıqlama verib. Bildirilir ki, Narkotiklərlə Mübarizə Baş İdarəsi gəncləri hədəfə alan narkotik şəbəkələrinə qarşı əməliyyatlarını davam etdirir. Bu əməliyyatlar çərçivəsində paytaxt Ər-Riyad bölgəsində kabel daşınmalarında gizlədilmiş 4 milyon 962 min narkotik həb ələ keçirilib.

Əməliyyat zamanı xarici ölkə vətəndaşı da saxlanılıb. Ötən il oktyabrın 17-dən noyabrın 30-dək Ər-Riyadda keçirilən 3 əməliyyatda ümumilikdə 6 milyon 200 min narkotik həb ələ keçirilib.

Bahadur Seyidov