Finlandiya və İsveç NATO-ya fərqli vaxtlarda qoşula bilər - ABŞ



 15:54 03.03.2023     296

"Əhəmiyyətli olan Finlandiya və İsveçin NATO-ya qoşulmasıdır. Bunun eyni vaxtda olub-olmamasının fərqi yoxdur”.

Demedia.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi belə deyib. O bildirib ki, hər iki ölkə NATO-da əsas müttəfiqlər olacaq.

Qeyd edək ki, Türkiyə İsveçin NATO-ya qoşulmasına qarşı çıxıb. Türkiyə Finlandiyanın isə NATO-ya qoşula biləcəyinə razılıq verəcəyini ifadə edib. Prezident Rəcəb Tayyib Ərdoğan açıqlamasında “Lazım gələrsə, Finlandiya ilə bağlı fərqli mesaj verə bilərik. Finlandiya haqqında fərqli mesaj verəndə İsveç şoka düşəcək. Lakin Finlandiya da eyni səhvə yol verməməlidir”, - deyə bildirib. İsveçdə Quranın yandırılmasından sonra Türkiyə danışıqları ləğv edib.

Bahadur Seyidov