Cənubi Koreya və ABŞ birgə təlimləri təxirə salmayacaq



 16:58 03.03.2023     284

Cənubi Koreya və ABŞ Şimali Koreyanın təhdidlərinə baxmayaraq, “Azadlıq Qalxanı” adlı illik hərbi təlimlərini planlaşdırdığı kimi davam etdirəcək.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ və Cənubi Koreya ordusu sözçüləri birgə mətbuat konfransında açıqlama verib. Bildirilib ki, iki həftə sonra keçiriləcək təlimlər müdafiə sahəsində əməkdaşlığın yaxşılaşdırılması məqsədini daşıyır. Qeyd olunub ki, “Azadlıq Qalxanı” təlimində Şimali Koreyanın aqressiv hərəkətləri diqqət mərkəzində olacaq.

Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsinin sözçüsü polkovnik Li Sung Jun bildirib ki, iki ölkə Şimali Koreyanın potensial təhdidlərinə “əzici güclə” cavab verəcək. ABŞ ordusunun sözçüsü polkovnik İsaak Taylor isə qeyd edib ki, təlimlər zamanı əməliyyat imkanlarını artırmaq üçün bir sıra səhra təlimləri də təşkil ediləcək.

Bahadur Seyidov