ABŞ Rusiyanın iddialarını rədd etdi



 17:12 03.03.2023     309

ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Rayder ABŞ-ın Rusiya ərazisindəki hədəflərə hücum etmək üçün Ukraynaya kəşfiyyat məlumatı verdiyi barədə iddiaları təkzib edib.

Demedia.az xəbər verir ki, o bildirib ki, ABŞ-a Ukraynaya hara hücum etməyin lazım olduğu barədə məsləhət vermir.

“Bizim ukraynalılara Rusiya daxilindəki yerləri hədəfə almaq üçün kəşfiyyat və ya məlumat verməyimiz barədə iddialar cəfəngiyyatdır. Biz Rusiya ilə müharibə etmirik və Rusiya ilə müharibə etməyin də marağında deyilik”, - deyə o bildirib.

Qeyd edək ki, Ukraynadan bir qrup Rusiyanın Klimovski şəhərinin Bryansk bölgəsinə təxribat məqsədilə soxularaq mülki əhaliyə hücum edib. Kreml hücumların ABŞ-ın dəstəyi ilə həyata keçirildiyini irəli sürüb.

Bahadur Seyidov