Blinken-Lavrov görüşü qısa qarşılaşma idi - ABŞ



 15:24 03.03.2023     293

“ABŞ dövlət katibi Antoni Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrovla Yeni Dehlidə görüşü sadəcə qısa bir qarşılaşma olub”.

Demedia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays belə deyib. O bildirib ki, Rusiya tərəfi bu görüşü geniş görüş kimi təqdim etməyə çalışır.

“Rusiyalı həmkarlarımızın bunu genişləndirməyə çalışdıqlarını bilirəm, lakin bizim qeyd etməli olduğumuz məqam budur ki, bu, sadəcə qısa bir görüş idi. Bu, uzun təkbətək söhbət və ya ikisinin arasında uzun görüş deyildi” - Ned Prays deyib.

Qeyd edək ki, G20 ölkələrinin xarici işlər nazirləri Yeni Dehlidə bir araya gəlib.

Bahadur Seyidov