Qərb ölkələri Rusiyanı strateji cəhətdən məğlub etmək istəyir - Lavrov



 17:42 03.03.2023     314

 “Şimal axını təbii qaz boru kəmərlərində baş verən partlayışların səbəblərinin gizli qalmasına imkan verməyəcəyik”.

Demedia.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 ölkələrinin xarici İşlər nazirlərinin toplantısından sonra mətbuata açıqlamasında belə deyib. O bildirib ki, Rusiya hadisənin araşdırılması üçün mübarizə aparacağıq.

G20 toplantısındakı bəyannamənin bütün xarici işlər nazirləri tərəfindən təsdiqlənmədiyini qeyd edən Lavrovun sözlərinə görə,  Qərb ölkələri iclasda Ukraynadakı vəziyyəti gündəmə gətirməyə çalışıb.

“Qərb ölkələri Rusiyanı strateji cəhətdən məğlub etməyi hədəfləyir. Beynəlxalq arenada hegemonluqlarını qorumağa çalışırlar. Bunu gizlətmirlər" - Lavrov qeyd edib.

Bahadur Seyidov